Siyasət Əsgərov: “Bu komanda ilə ilk dəfə üz-üzə gələcəyik”

2 Mart 2026 16:51
94
Siyasət Əsgərov: “Bu komanda ilə ilk dəfə üz-üzə gələcəyik”

“Hazırlıq mərhələsini uğurla başa vurmuşuq”.

İdman.Biz xəbər verir ki, bu sözləri mətbuat konfransında qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

Baş məşqçi qadınlardan ibarət Azərbaycan yığmasının dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniya millisinə qarşı keçirəcəyi qarşılaşma barədə danışıb:

“Bu komanda ilə ilk dəfə üz-üzə gələcəyik. Rəqibin son üç-dörd matçını diqqətlə təhlil etmiş, güclü və zəif tərəflərini müəyyən etmişik. Fevralın 24-dən start verdiyimiz məşqlər də məhz bu analizlər üzərində qurulub. Yalnız komanda şəklində deyil, fərdi oyunçular baxımından da araşdırmalar aparmışıq. İlk görüşümüzü doğma meydanda keçirəcəyik və start oyunlarının hər zaman məsuliyyətli olduğunu bilirik. Hədəfimiz evdə maksimum nəticə əldə etmək və növbəti qarşılaşmaya daha yüksək motivasiya ilə yollanmaqdır”.

Qeyd edək ki, matç sabah “Dalğa Arena”da baş tutacaq və saat 15:00-da start götürəcək.

İdman.Biz