Azər Bağırov: “Qələbəyə çox inanırdım”

Xəbərlər
5 Dekabr 2025 00:29
136
Azər Bağırov: “Qələbəyə çox inanırdım”

“Düşünürəm ki, azarkeşlərimiz, ümumiyyətlə hamımız üçün maraqlı oyun oldu”.

İdman.Biz bildirir ki, “Kəpəz”in baş məşqçisi Azər Bağırov “Araz-Naxçıvan” Bizon Azərbaycan Kubokunun 1/8 final oyunundan sonra bu sözləri deyib.

Oyun 1:0 hesabı ilə “Kəpəz”in qələbəsi ilə qurtarıb.

“Nədənsə çox inanırdım qələbəyə. Keçən oyundan bəri oyunçularla “Araz-Naxçıvan” barədə danışmışdıq. Səhvsiz oynasaq qələbə qazana bilərik. Düşünürəm ki, müdafiədə bu gün yaxşı oynadıq və lazımi qələbəmizi qazandıq”, - Bağırov bildirib.

İdman.Biz