“Qarabağ” komandasına qalib gəlmək çox çətindir”.
İdman.Biz xəbər verir ki, bunu “Karvan-Yevlax”ın məşqçisi Füzuli Məmmədov “Qarabağ”a qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında bildirib.
“Qarabağ”a qarşı matçlar hər zaman gərgin və çətin keçir. Futbolçularımız bu gün olduqca fədakar çıxış etdilər. Meydanda əzmkar “Karvan-Yevlax” gördük. “Qarabağ”a qalib gəlmək çox çətindir. Azərbaycan Kubokunda mübarizəni başa vurduq. Artıq bütün diqqətimizi Misli Premyer Liqasının qarşılaşmalarına yönəldəcəyik”.
Qeyd edək ki, “Qarabağ” – “Karvan-Yevlax” oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə bitib.
