Sənan Qurbanov: “Məşq etməyə zamanımız olmadı”

Xəbərlər
2 Dekabr 2025 22:37
21
Sənan Qurbanov: “Məşq etməyə zamanımız olmadı”

“Neftçi”nin məşqçisi Sənan Qurbanov azarkeşlərdən üzr istəyib.

İdman.Biz xəbər verir ki, mütəxəssis bunu “Zirə” komandası ilə Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında bildirib.

“Zirə” – “Neftçi” oyunu 1:0 hesabı ilə qəsəbə komandasının xeyrinə qurtarıb. “Neftçi” turnirdə mübarizəni dayandırıb.

“Zirə”ni təhlil etmişdik. Futbolçulara rəqibin zəif və güclü tərəflərini demişdik. Məşq etməyə zamanımız olmadı. Daha çox futbolçuların bərpasına diqqət etmişdik. Rəqibin hücumlarının qarşısını ala bilirdik. Bizim hücumlarımız da təhlükəli olurdu. 120 dəqiqənin bitməsinə az qalmış buradığımız qol üzücü oldu. Azarkeşlərimiz yaxşı dəstək göstərirdilər. Onlardan üzr istəyirəm”, - Qurbanov deyib.

İdman.Biz