Braziliyalı futbolçudan “Neftçi”nin əməkdaşına jest – gül dəstəsi verib

Xəbərlər
14 Dekabr 2023 13:01
472
Braziliyalı futbolçudan “Neftçi”nin əməkdaşına jest – gül dəstəsi verib

“Neftçi”nin müdafiəçisi Yuri Matiasın mətbuat konfransından əvvəl gözlənilməz hadisə baş verib.

İdman.biz xəbər verir ki, braziliyalı legioner ad günü olan klubun PR meneceri Xəyalə Şahlarlıya jest edib.

Matias onu təbrik edərək, xoş arzularını çatdırıb. Ardınca Şahlarlıya gül dəstəsi təqdim edib.

Qeyd edək ki, 28 yaşı tamam olan Şahlarlı 2 ildir “Neftçi”də işləyir. O klubun mətbuat xidmətində PR menecerdir. Xəyalə bundan əvvəl “CBC Sport”da çalışıb.

Emin Ağa
İdman.biz