Azərbaycan çempionundan darmadağın

Xəbərlər
13 Dekabr 2023 09:43
404
Azərbaycan çempionundan darmadağın

Minifutbol üzrə Azərbaycan çempionatında II tura start verilib.

İdman.biz xəbər verir ki, ilk gündə 4 oyun baş tutub.

Son çempion “Birbaşa" (Bakı) yenə meydanı darmadağınla tərk edib. Onlar bu dəfə “Atəşgah"ın qapısından 10 cavabsız top keçirib.

Azərbaycan çempionatı
II tur

“Siyəzən” – “Aznur” - 4:5
“Dinamo" (Gəncə) – “Dirçəliş” - 2:1
“Birbaşa" (Bakı) – “Atəşgah" (Suraxanı) - 10:0
“Abşeron” – “Real" (Bakı) - 5:2

Qeyd edək ki, turun digər oyunlarında “Odlar Yurdu” “Baku Fire”ni, “Veteran” “Zirə”ni, “Turan” “İnter”i, “Qalaxy” “Sumqayıt”ı sınağa çəkəcək.

İdman.biz