“Qarabağ” IFFHS-in reytinq cədvəlində 84-cü yerdə qərarlaşıb

Xəbərlər
10 Dekabr 2023 14:51
570
“Qarabağ” IFFHS-in reytinq cədvəlində 84-cü yerdə qərarlaşıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

İdman.biz xəbər verir ki, siyahıda Azərbaycanın 3 klubu yer alıb.

Ən yaxşı göstərici ölkə çempionu “Qarabağ”a məxsusdur. Ağdam klubu 131,5 xalla 84-cü pillədə qərarlaşıb. Komanda ötən aya nisbətən 14 pillə geriləyib.

Bu il Avropakuboklarında ölkəmizi təmsil edən “Neftçi” (378-ci yer) və “Sabah” (391-ci yer) reytinq cədvəlində geriləyiblər. Komandalar müvafiq olaraq, 38 və 49 mövqe itiriblər.

Qeyd edək ki, 402 klubun yer aldığı cədvəldə ilk pilləni Çempionlar Liqasınını qalibi “Mançester Siti” tutur. “Real” 2-ci, “İnter” 3-cü pillədə qərarlaşıb.

İdman.biz