“Kayzerslautern” Emreliyə görə iclas keçirib – Baş məşqçi izahat verməli olub

Xəbərlər
24 Oktyabr 2025 19:35
118
“Kayzerslautern” Emreliyə görə iclas keçirib – Baş məşqçi izahat verməli olub

Almaniya 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”də çıxış edən Mahir Emrelinin problemi bitmir.

İdman.Biz Futbolinfo.az-a istinadən bildirir ki, Azərbaycan millisinin düşərgəsindən qayıtdıqdan sonra klubda hücumçu ilə bağlı iclas keçirilib.

Məlumata görə, iclasda klub idarəçiləri, forvardın menecerləri və baş məşqçi iştirak edib. Müzakirə olunan məsələ isə Mahirin klubun heyətində niyə meydana çıxmaması və baş məşqçinin ona hansı səbəbdən şans verməməsi olub.

Maraqlıdır ki, yığmamızın forvardını israrla istəyən klubun çalışdırıcısının ona səbəbsiz yerə şans verməməsi ortaya çıxıb. Baş məşqçi Torsten Liberknext buna tutarlı səbəb gətirə bilməyib. O, müxtəlif bəhanələrlə özünə haqq qazandırmağa çalışıb.

Çalışdırıcı əvvəlcə futbolçunun məşq prosesindən narazılığını ifadə edib. Amma Mahirin menecerləri və futbolçu məşqdəki statistikaları göstərdikdən sonra bunun yalan olduğu ortaya çıxıb.

Daha sonra isə Liberknext Azərbaycan yığmasının İslandiyaya qarşı oynadığı matçdan öncə keçirdikləri oyunda Mahirin zədəli olmasını, həmin vaxt isə keçirdikləri matçda qələbə qazandıqlarını və buna görə qalib heyəti dəyişmək istəmədiyini bildirib. Lakin əvvəlcə başqa söz deyən məşqçinin sonradan bunu ortaya atmasının bəhanə olduğunu görməmək mümkün deyil.

Təəccüblüsü odur ki, “Kayzerslautern” “Hannover”lə bütün məsələlərdə razılığa gələn Mahiri son anda fikrindən danışındıraraq onunla müqavilə imzalayıb. Onlar müxtəlif yollarla forvardın keçidində israr ediblər.

İdman.Biz