Rövlan Muradov “Ayın qolu” mükafatına layiq görülüb

Xəbərlər
8 Dekabr 2023 19:57
194
Rövlan Muradov “Ayın qolu” mükafatına layiq görülüb

“Ayın qolu” layihəsi çərçivəsində noyabr ayının qalibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, “Sumqayıt”ın futbolçusu Rövlan Muradov bu nominasiyada fərqlənib.

Bu gün keçirilən “Sumqayıt” – “Qarabağ” görüşündən əvvəl qalibə mükafatlar təqdim olunub. Ona mükafatları "Kapital Bank Arena"da Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev təqdim edib.

Qeyd edək ki, Rövlanın XII tur çərçivəsində keçirilən “Sumqayıt” – “Araz-Naxçıvan” (2:0) görüşündə vurduğu qol “Ayın qolu” seçilib.

İdman.biz