Azərbaycan idmançısı EYOF-da finala yüksələ bilməyib

Xəbərlər
25 İyul 2025 20:37
57
Azərbaycan idmançısı EYOF-da finala yüksələ bilməyib

Şimali Makedoniyada keçirilən Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF-2025) atletika yarışları davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisi Əmir İsmayılov uzunluğa tullanmada mübarizə aparıb.

Təsnifat mərhələsində o, 6,58 m nəticə göstərərək 15-ci yeri tutub. Bu nəticə idmançıya finala yüksəlməyə imkan verməyib.

İdman.biz