"Baku Night Run Club" həm qaçır, həm də motivasiya və maraq oyadır - Bakı bulvarından FOTOREPORTAJ

Xəbərlər
2 İyul 2025 17:33
68
"Baku Night Run Club" həm qaçır, həm də motivasiya və maraq oyadır - Bakı bulvarından FOTOREPORTAJ

Bakı bulvarında qrup şəklində qaçan və müxtəlif gimnastika hərəkətləri edən insanları görsəniz, təəccüblənməyin.

İdman.biz xəbər verir ki, onlar ölkəmizdə qurulan və topluma açıq fəaliyyət göstərən "Baku Night Run Club"ın üzvləridir.

Həvəskar atletlər həftənin çərşənbə və şənbə günləri saat 20:30-da Bakı bulvarında toplaşaraq qaçırlar.

Gənclərin daha sağlam və keyfiyyətli vaxt geçirmələri üçün fəaliyyət göstərən bu komanda şəhər sakinlərində motivasiya və maraq oyadır.

Qrupa beynəlxalq sertifikatlı baş məşqci Batın Alperen rəhbərlik edir.

"Baku Night Run Club" üzvlərinin Bakı bulvarında qaçış və gimnastika hərəkətlərini əks etdirən fotoreportajı təqdim edirik (fotomüxbir: İslam Atakişiyev).

İdman.biz