Gənclər və idman naziri də 4-cü dəfə yarışa qatılıb

Xəbərlər
4 May 2025 18:29
227
Gənclər və idman naziri də 4-cü dəfə yarışa qatılıb

Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında növbəti dəfə “Bakı Marafonu–2025” keçirilib.

İdman.biz xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov da yarışa qatılıb.

O bununla bağlı sosial şəbəkə hesabında şəkil paylaşaraq "Mənim dördüncü 21 km-m" yazıb.

2016-cı ildən etibarən ənənəvi olaraq keçirilən və start və finiş nöqtəsi Dövlət Bayrağı Meydanında yerləşən marafonun marşrutu Dənizkənarı Bulvar boyunca, həmçinin paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edib və ümumilikdə 21 km məsafə olub.

Qeyd edək ki, kişilər arasında türkiyəli Atac Sezgin birinci, ukraynalı Vitali Şafar ikinci, Türkiyənin digər təmsilçisi Murat Emekdar isə üçüncü olublar.
Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycan idmançısı Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma isə üçüncü olublar.

İdman.biz