77-yə 7 ilə

Xəbərlər
23 May 2024 15:37
239
77-yə 7 ilə

Türkiyənin İzmir şəhərində atletika üzrə ənənəvi 77-ci Balkan çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan yığması da iştirak edəcək.

Paris-2024 Yay Olimpiya Oyunları və Romada keçiriləcək Avropa çempionatına lisenziya xarakteri daşıyan yarışda millimizin 7 atleti mübarizə aparacaq. Fəridə Rzayeva 100 m və 200 m, Bəxtiyar Əsgərli 800 m və 1500 m qaçışda qüvvəsini sınayacaq.

Nazim Babayevlə Kəsgin Abbaszadə uzunluğa tullanma, Rüstəm Məmmədovla Yekaterina Sarıyeva üç təkanla tullanmada mükafat qazanmağa çalışacaq. İsmayıl Əliyev isə nüvə itələmə və lövhə atmada çıxış edəcək.

Qeyd edək ki, çempionat mayın 25-26-da keçiriləcək.

İdman.biz

Məqalədə: