Skidan növbəti qızılı qazanıb

Xəbərlər
22 May 2024 22:39
116
Skidan növbəti qızılı qazanıb

Azərbaycan atleti Anna Skidan növbəti uğura imza atıb.

İdman.biz xəbər verir ki, o, Norveçin Bergen şəhərində keçirilən çəkicatma yarışında qızıl medal qazanıb.

Skidan “World Athletics”in gümüş səviyyəli turnirində 72,47 metr nəticə göstərib. O, danimarkalı və norveçli rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, Anna ötən həftə Polşanın Xojuv şəhərində keçirilən çəkicatma yarışında da 1-ci yeri tutub.

İdman.biz