Yay Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTO - VİDEO

Xəbərlər
17 May 2024 17:30
142
Yay Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTO - VİDEO

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Yay Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutub.

Tədbirdə Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə və digər rəsmilər, yarış iştirakçıları və qonaqlar iştirak ediblər.

Dövlət Himni səsləndirildikdən sonra yarışda iştirak edəcək idmançılara çempionatın əhəmiyyəti və qaydaları barədə məlumat verilib.

Milli komandamızın aparıcı üzvlərinin də qatıldığı ölkə çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya üçün reytinq xallarının toplanması baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Yarışda Bakı və respublikanın müxtəlif regionlarını təmsil edən 140-a yaxın atlet mübarizə aparacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: