Yeni dünya rekordu – 6,24 metr

Xəbərlər
21 Aprel 2024 14:09
Yeni dünya rekordu – 6,24 metr

Atletikada şüvüllə tullanma yarışlarında yeni dünya rekorduna imza atılıb.

İdman.biz xəbər verir ki, Arman Dyuplantis 6,24 metr nəticə ilə şəxsi rekordunu yeniləyib.

İsveçli atlet Çində keçirilən “Brilyant Liqa”sında bu uğura nail olub. O, ötən ilin dekabrında AŞB-da keçirilən beynəlxalq turnirdə əldə etdiyi 6,23 metrlik rekordu təzələyib. Olimpiya və dünya çempionu ola Dyuplantis Sem Kendriks (ABŞ, 5,82 m) və Xuan Bokay (Çin, 5,72 m) arxada qoyub.

Qeyd edək ki, Dyuplantisin hesabında 8 dünya rekordu var. 2020-ci ildən bəri heç bir atlet onun nəticələrini yaxşılaşdıra bilməyib.

İdman.biz