26-cı Avropa çempionatına 2 idmançı ilə

Xəbərlər
10 Aprel 2024 19:21
26-cı Avropa çempionatına 2 idmançı ilə

Azərbaycan atletika yığması İtaliyanın Roma şəhərində 26-cı Avropa çempionatında çıxış edəcək.

İdman.biz xəbər verir ki, iyunun 7-12-də baş tutacaq yarışda ölkəmiz iki idmançı ilə təmsil olunacaq.

Nazim Babayev təkanla tullanmada, Anna Skidan isə çəkicatmada mübarizə aparacaq. Yarışlar Romanın Olimpiya stadionunda keçiriləcək.

Qeyd edək ki, Anna Skidan Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

İdman.biz