Atletika yarışına yekun vurulub - FOTO

Xəbərlər
30 Mart 2024 21:59
Atletika yarışına yekun vurulub - FOTO

Martın 30-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib.

İdman.biz xəbər verir ki, turnir Respublika Olimpiya Mərkəzində təşkil olunub.

Yarışın yekun nəticələrinə görə, qadınlar arasında uzunluğa tullanmada Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Ümidə Məcmunlu birinci olub. Gənclər və İdman Nazirliyinin əməkdaşları Aysu Kərimzadə və Fəzilə Ağayeva isə müvafiq olaraq, ikinci və üçüncü yerlərə layiq görülüblər. Kişilər arasında Yevgeniy Kasilov (Fövqəladə Hallar Nazirliyi), Ümmət Cəfərov və Elvin Əlixanov (hər ikisi Ədliyyə Nazirliyi) ilk üçlükdə qərarlaşıblar.

Qadınlar arasında 60 metr məsafəyə qaçışda İlahə Çələbiyeva (GİN) birinci yerə layiq görülüb. Ümidə Məcmunlu (Kənd Təsərrüfatı Nazirliyi) ikinci, Ləman Niyazlı isə (SOCAR) üçüncü pillədə qərarlaşıblar. Kişilər arasında Elvin Əlixanov (Ədliyyə Nazirliyi), Yevgeniy Kasilov (Fövqəladə Hallar Nazirliyi), Ümmət Cəfərov (Ədliyyə Nazirliyi) fərqləniblər.

Qadınlar arasında 400 metr məsafəyə qaçışda İlahə Çələbiyeva, Fəzilə Ağayeva, Aysu Kərimzadə (hər üçü GİN) fəxrı kürsüdə yer alıblar.

Kişilər arasında 800 metr məsafəyə qaçışda Dövlət Gömrük Komitəsinin əməkdaşı Samir Hüseynov birinci olub. Cəlal Hüseynov və Əli Hacıyev (hər ikisi FHN) yarışı ikinci və üçüncü pillədə başa vurublar.

Sonda keçirilən 4x200 estafet yarışında Gənclər və İdman Nazirliyi birinci, SOCAR ikinci yerə layiq görülüblər.

İdman.biz