Xankəndi - Bakı ultra marafonunun üçüncüsü: “Çətinlik olsa da, qürurverici hissdir”

Xəbərlər
29 Fevral 2024 15:15
143
Xankəndi - Bakı ultra marafonunun üçüncüsü: “Çətinlik olsa da, qürurverici hissdir”

“Hər şey yaxşıdır. Özümü yaxşı hiss edirəm”.

İdman.bizin Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Xankəndi - Bakı ultra marafonunun birinci mərhələsini üçüncü yerdə bitirən Elman Abışov deyib.

O bildirib ki, bu qədər uzaq məsafəyə ilk dəfə qaçıb: “Çətinlik olsa da, qürurverici hissdir. Çox sevincliyəm”.

Qeyd edək ki, ilk mərhələ Yevlaxda başa çatıb. İştirakçılar 83 km məsafəni qət ediblər.

Martın 4-dək davam edəcək yarışda idmançılar 380 km qət edərək finişə Bakıda çatacaqlar. Onlar növbəti günlərdə Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, paytaxta çatacaqlar.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: