İlk dəfə Xankəndi - Bakı ultra marafonu keçiriləcək

Xəbərlər
8 Fevral 2024 12:27
İlk dəfə Xankəndi - Bakı ultra marafonu keçiriləcək

Fevralın 29-da ilk dəfə Xankəndi – Bakı ultra marafonu start götürəcək.

Bu barədə İdman.bizə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xankəndi şəhərindən start götürəcək ultra marafon iştirakçıları 380 km qət edərək finişə Bakıda çatacaqlar.

Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçiriləcək.

Ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

“Qürurla irəli” şüarı ilə keçiriləcək ultra marafona qoşulmaq istəyən 18 yaşdan yuxarı hər kəs 20.02.2024 tarixədək https://ultramarathon.mys.az/ linki vasitəsilə qeydiyyatdan keçərək tarixi hadisənin iştirakçısı ola bilərlər.

Ətraflı məlumat üçün və ya qeydiyyat zamanı yarana biləcək hər hansı bir sualla bağlı [email protected] e-mailinə yazmaq və ya hər gün saat 09:00-dan 18:00-dək 187 qısa nömrəsi ilə əlaqə saxlamaq olar.

İdman.biz

Məqalədə: