Azərbaycan rekordçusu 69 yaşında vəfat edib

Xəbərlər
29 Dekabr 2023 17:50
344
Azərbaycan rekordçusu 69 yaşında vəfat edib

Azərbaycanın atletika üzrə əməkdar məşqçisi Nikolay Pavlov vəfat edib.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Ümumittifaq yarışlarının qalibi, sonradan hakim işləyən Pavlov 69 yaşında ölüb.

Qeyd edək ki, Pavlov 3000 m məsafəyə maneələrlə qaçışda gənclər arasında Azərbaycan rekordçusudur. O, 1972-ci ildə 9 dəqiqə 23 saniyə göstəriciyə imza atıb.

İdman.biz

Məqalədə: