“Bakı Marafonu 2026” yarışının marşrut detalları açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 42 kilometrlik məsafəni əhatə edən marafonun start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş nöqtəsi isə “Sea Breeze” ərazisi olacaq.
Qeyd edək ki, “Bakı Marafonu” hər il kütləvi idmanın təşviqi və sağlam həyat tərzinin təbliği məqsədi ilə təşkil olunur.
