Tofiq Karayevin şərəfinə həsr olunmuş ölkə yarışı keçirilib - FOTO

Xəbərlər
20 Dekabr 2025 21:07
40
Tofiq Karayevin şərəfinə həsr olunmuş ölkə yarışı keçirilib - FOTO

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı və Dünya Atletikasının dəstəyi ilə ümumittifaq dərəcəli hakim, professor Tofiq Karayevin şərəfinə həsr olunmuş 28-ci ölkə yarışı keçirilib.

İdman.Biz bildirir ki, açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Tofiq Karayevin xidmətlərindən danışıb və yarışın aşağı yaş qruplarındakı idmançıların təcrübə qazanması, rəqabətli mühitdə daha da inkişaf etmələri üçün önəm daşıdığını bildirib.

Bakı Atletika Mərkəzində təşkil olunan yarışda Bakı ilə yanaşı, Gəncə, Bərdə, Xızı, Xaçmaz, Astara, İsmayıllı və Şəmkiri təmsil edən 2012-2013-cü il təvəllüdlü 80 idmançı mübarizə aparıb.

İştirakçılar 60 və 200 metr məsafəyə qaçış və uzunluğa tullanmada qüvvələrini sınayıblar. Həm 60, həm də 200 metr məsafəyə qaçışda oğlanlarda Kamran Əliyev, qızlarda Sofiya İsrafilova qalib olub. Uzunluğa tullanma üzrə yarışda oğlanlarda Timur Cəfəri , qızlarda isə Sofiya İsrafilova ən yüksək nəticəni göstərib.

İdman.Biz