Dünya Atletika Assosiasiyasında maliyyə mənimsəməsi

Xəbərlər
31 Oktyabr 2025 12:13
39
Dünya Atletika Assosiasiyasında maliyyə mənimsəməsi

Dünya Atletika Assosiasiyasının (World Athletics) Maliyyə Departamenti təşkilatın bir neçə əməkdaşı tərəfindən ümumilikdə 1,5 milyon avrodan çox vəsaitin mənimsənildiyini aşkarlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə qurumun prezidenti Sebastyan Kou Assosiasiyasının saytına istinadən verdiyi məlumatda qeyd edib:

“Təəssüf ki, korporativ oğurluqlar dünyanın bütün bölgələrində və müxtəlif sahələrdə baş verir. Ən vacibi bu halları vaxtında aşkar etmək, onların necə baş verdiyini təhlil etmək və gələcəkdə təkrarlanmaması üçün yeni mexanizmlər tətbiq etməkdir. Biz də məhz bunu etdik”.

Hadisə yeni maliyyə rəhbərliyi altında aparılan ilk illik audit zamanı müəyyən edilib. Daha sonra həyata keçirilən müstəqil yoxlamada isə başqa qanun pozuntularına rast gəlinməyib.

Qeyd olunur ki, məsələ ilə bağlı bütün sənədlər hazırlanaraq məhkəmə və hüquq-mühafizə orqanlarına təqdim edilib. Faktla bağlı cinayət işi açılması gözlənilir.

İdman.Biz