Atletika üzrə 3 növçülük yarışı keçiriləcək

Xəbərlər
8 Dekabr 2023 19:47
186
Atletika üzrə 3 növçülük yarışı keçiriləcək

Professor Tofiq Karayevin şərəfinə "Tofiq Karayev mükafatı uğrunda 2010-2011-ci il təvəllüdlü idmançılar arasında 3 növçülük üzrə ölkə yarışı" təşkil olunacaq.

İdman.biz xəbər verir ki, turnir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası birgə keçiriləcək.

Respublika Olimpiya Mərkəzində baş tutacaq yarışın proqramına 60 m, 200 m qaçış və uzunluğa tullanma daxildir. Sonda həm fərdi növlərə görə, həm də 3 növçülük üzrə yekun nəticəyə, əsasən, qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, "Tofiq Karayev mükafatı uğrunda 2010-2011-ci il təvəllüdlü idmançılar arasında 3 növçülük üzrə ölkə yarışı" dekabrın 23-də saat 13:30-da start götürəcək.

İdman.biz