Ülvi Qənizadə – iki dəfə birinci - VİDEO

Təhlil
20 Sentyabr 2025 21:37
96
Ülvi Qənizadə – iki dəfə birinci - VİDEO

72 kq çəki dərəcəsində finalda Fransa güləşçisi İbrahim Qanemə qalib gələn (4:2) 26 yaşlı Ülvi Qənizadə yunan-Roma güləşi üzrə növbəti dəfə dünya çempionu olub.

İdman.biz-in məlumatına görə, Ülvi ardıcıl ikinci dəfə Qanemi məğlub edib, keçən il Tiranada keçirilən dünya çempionatında final döyüşündə də güləşçimiz fransalıyla qarşılaşıb.

Qeyd edək ki, Qənizadənin 2022-ci il dünya çempionatından da gümüş medalı var. O vaxt Belqradda Ülvi finalda ev sahibi Əli Arsalana uduzmuşdu. Daha doğrusu, həmin qarşılaşmada güləşçimizə qarşı açıq-aşkar ədalətsizlik edərək qızıl medalını sadəcə olaraq “oğurladılar”.

Ülvi Qənizadə həm də 2023-cü ilin Avropa Çempionudur.

Vüqar Vüqarlı

İdman.biz