Dünya çempionatı: yunan-Roma güləşçilərimiz daha 3 medal qazanıblar - FOTO

Xəbərlər
2 Dekabr 2023 15:16
343
Dünya çempionatı: yunan-Roma güləşçilərimiz daha 3 medal qazanıblar - FOTO

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Bakıda keçirilən hərbiçilər arasında dünya çempionatında çıxışını başa vurub.

İdman.biz xəbər verir ki, mundialda millimizə sonuncu medalı Laçın Vəliyev (87 kq) qazandırıb.

O, finalda iranlı Nasser Əlizadəyə məğlub olaraq, ikinci yeri tutub.

Beləliklə, yunan-Roma güləşi üzrə komandamız dünya çempionatının son gününü 3 medalla başa vuraraq, mükafat sayını 8-ə çatdırıb.

Ondan öncə Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Ülvi Qənizadə (72 kq) və Murad Əhmədiyev (97 kq) çempion tituluna layiq görülüb. Fərid Sadıqlı (55 kq), Qurban Qurbanov (77 kq) və Azad Əliyev (82 kq) isə 3-cü yeri tutub.

--------

14:25

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıda hərbiçilər arasında keçirilən dünya çempionatında daha bir qızıl medal qazanıb.

İdman.biz xəbər verir ki, komandamızın aktivinə mükafat Nihad Quluzadə əlavə edib.

60 kq çəkidə gücünü yoxlayan güləşçi finalda iranlı Milad Reza Nejada qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu gün ondan öncə Qurban Qurbanov (77 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan güləşçiləri mundialın ilk 3 günündə 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

--------

14:11

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov Bakıda hərbiçilər arasında keçirilən dünya çempionatında bürünc medal qazanıb.

İdman.biz xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz 3-cü yer uğrunda görüşdə rusiyalı Aleksandr Babumara ilə qarşılaşıb.

Rəqibini məğlub edən idmançımız bürünc medala sahib olub.

Qeyd edək ki, Azərbaycan güləşçiləri mundialın ilk 3 günündə 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

Banuçiçək Hüseynli

İdman.biz