Dünya çempionatında son gün: 5 güləşçimiz mübarizə aparacaq

Xəbərlər
2 Dekabr 2023 10:36
150
Dünya çempionatında son gün: 5 güləşçimiz mübarizə aparacaq

Bu gün Bakıda keçirilən hərbçilər arasında güləş üzrə dünya çempionatı başa çatacaq.

İdman.biz xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzindəki yarışın sonuncu günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.

Nihad Quluzadə (60 kq), Həsən Məmmədli (67 kq), Qurban Qurbanov (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan güləşçiləri mundialın ilk 3 günündə 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

Banuçiçək Hüseynli

İdman.biz