Dünya çempionatı: Daha 7 güləşçimiz mübarizəyə qoşulur

Xəbərlər
1 Dekabr 2023 10:29
139
Dünya çempionatı: Daha 7 güləşçimiz mübarizəyə qoşulur

Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən mundialın üçüncü günündə Azərbaycan millisinin daha 7 üzvü mübarizəyə qoşulacaq.

Yunan-Roma güləşçilərin yarışında Fərid Sadıxlı (55 kq), Ziya Babaşov (63 kq), Ülvi Qənizadə (72 kq), Azad Əliyev (82 kq) və Murad Əhmədiyev (97 kq) gücünü yoxlayacaq.

Qadınlardan isə Jalə Əliyeva (57 kq) ilə Birgül Soltanova (62 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, yığmamız ilk 2 gündə 6 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Yarış dekabrın 3-dək davam edəcək.

İdman.biz