Sərbəst güləş üzrə Azərbaycan millisi birinci yeri tutub.
İdman.biz xəbər verir ki, yığmamız bu uğura Bakıda keçirilən hərbiçilər arasında 36-cı dünya çempionatında imza atıb.
5 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edən güləşçilərimiz bütün rəqiblərini qabaqlayıblar. İran yığması ikinci, Türkiyə isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, dünya çempionatında Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abbasov (79 kq) və İbrahim Yusubov (92 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq) gümüş, Fərid Cabbarov (86 kq) bürünc mükafata sahib olublar.
Banuçiçək Hüseynli
İdman.biz