Dünya çempionatı: Qurbanova bürünc qazanıb, Məmmədova sabah finalda güləşəcək

Xəbərlər
20 Avqust 2025 20:33
91
Dünya çempionatı: Qurbanova bürünc qazanıb, Məmmədova sabah finalda güləşəcək

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialda bu gün daha 2 qadın güləşçimiz medal uğrunda mübarizə aparıb.

Onlardan biri 3-cü yer uğrunda qüvvəsini sınayacaqsa, digəri finala vəsiqə uğrunda xalçaya çıxıb.

U-20 dünya çempionatı
Qadın güləşi
5️9️ kq

Günay Qurbanova bürünc medal uğrunda kanadalı Ella Findinqlə üz-üzə gəlib. 4:1 hesabı ilə qalib gələn güləşçimiz fəxri kürsüdə yer almağı bacarıb.

6️2️ kq
Ruzanna Məmmədova qazaxıstanlı Aydana Şorayevaya tam üstünlüklə (11:0), özbəkistanlı Nigina Sabirovaya isə 3:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ruzanna finala gedən yolda türkiyəli Büşra Efe ilə güləşib və 10:1 hesabı ilə qalib. O, finalda çinli idmançı ilə qarşılaşacaq.

Qeyd edək ki, sərbəst güləşçilərimiz dünya çempionatını 3 bürünclə başa vurublar.

İdman.biz