Güləş Federasiyası cüdoçuların tarixi uğurunu təbrik edib

11 Oktyabr 2026 23:18
130
Güləş Federasiyası cüdoçuların tarixi uğurunu təbrik edib

Azərbaycan Güləş Federasiyası Bakıda keçirilən dünya çempionatında tarixi nəticəyə imza atan Azərbaycan cüdoçularını təbrik edib.

İdman.Biz xəbər verir ki, federasiya 4–11 oktyabr tarixlərində təşkil olunan yarışda bir qızıl, iki gümüş və dörd bürünc medal qazanan Azərbaycan millisinin uğuru münasibətilə təbrik mesajı yayıb.

“4-11 oktyabr tarixlərində Bakıda keçirilən dünya çempionatında bir qızıl, iki gümüş və dörd bürünc medal qazanaraq komanda hesabında tarixi uğura imza atan Azərbaycan Cüdo Federasiyası və bütün cüdo ictimaiyyətini bu əlamətdar nailiyyət münasibətilə təbrik edirik.

Azərbaycan idman ailəsinin bir üzvü olaraq, Azərbaycan Güləş Federasiyası cüdoçularımıza gələcək yarışlarda yeni uğurlar, Azərbaycan cüdosuna isə beynəlxalq arenalarda daha böyük nailiyyətlər arzulayır”, - deyə təbrikdə bildirilib.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə - yeddi medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.

İdman.Biz