Deflimpiyaçılarımız Belarus Açıq Kubokunda komanda hesabında birinci olublar

12 Oktyabr 2026 17:43
109
Deflimpiyaçılarımız Belarus Açıq Kubokunda komanda hesabında birinci olublar

Eşitmə məhdudiyyətli idmançılar arasında yunan-Roma güləşi üzrə keçirilən Belarus Açıq Kubokunda Azərbaycan komandası birinci yeri tutub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsinin mətbuat xidməti məlumat verilib.

Qomel şəhərində təşkil olunan yarışda 5 ölkənin təmsilçiləri mübarizə aparıblar. Turnirdə 9 idmançı ilə təmsil olunan Azərbaycan komandası ümumilikdə 9 (4 qızıl, 3 gümüş, 2 bürünc) medal qazanıb.

Murad Cəfərov (55 kq), Kənan Allahverdiyev (60 kq), Namiq Əliyev (72 kq) və İlkin Həmzəyev (82 kq) qızıl, Ceyhun İsazadə (60 kq), Tuncay İbrahimzadə (77 kq) və Elimxan Qırxlarzadə (130 kq) gümüş, Qəmbər Türbətzadə (72 kq) və Zöhrab Mehdiyev (77 kq) isə bürünc medala sahib olublar.

195 xal toplayan Azərbaycan seçməsi komanda hesabında 5 ölkə arasında ən yüksək pillədə qərarlaşıb.

Qeyd edək ki, beynəlxalq yarış oktyabrın 8-dən 12-dək keçirilib.

İdman.Biz