Pərviz Nəsibova Ukraynada xüsusi diqqət - FOTO

Xəbərlər
11 Avqust 2025 09:14
55
Pərviz Nəsibova Ukraynada xüsusi diqqət - FOTO

Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovun (67 kq) fotoları Kiyev küçələrini bəzəyir.

İdman.biz xəbər verir ki, bununla bağlı jurnalist Mubariz Aslanov paylaşım edib.

Ukrayna millisinin şərəfini qoruyan 27 yaşlı Nəsibov bu ölkənin millisinin heyətində Tokio-2020 və Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. O, həmçinin Avropa çempionatında da 2 bürünc mükafata sevinib.

Qeyd edək ki, Pərviz Paris-2024-ün finalında Azərbaycan millisinin güləşçisi Həsrət Cəfərova qalib gəlib.

İdman.biz