İki güləşçimiz bürünc medal qazanıb - YENİLƏNİB/FOTO

Xəbərlər
3 Avqust 2025 20:40
68
İki güləşçimiz bürünc medal qazanıb - YENİLƏNİB/FOTO

Yunanıstanın paytaxtı Afinada 17 yaşadək güləşçilər arasında dünya çempionatı keçirilir.

İdman.biz xəbər verir ki, bu gün mübarizə aparan sərbəst güləşçilərimizdən Həsən Həsənov (60 kq) mükafat uğrunda görüşdə kanadalı Natan Naşa 5:4 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

Səid Paşayev (92 kq) də qazaxıstanlı Beibaris Yerqalini 5:3 hesabı ilə məğlub edərək bürüncmükafata sahib çıxıb.

İdman.biz