Avropa çempionatı: Bir qızıl, dörd bürünc şansı - YENİLƏNİB

Xəbərlər
5 İyul 2025 19:45
72
Avropa çempionatı: Bir qızıl, dörd bürünc şansı - YENİLƏNİB

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın 6-cı günündə sərbəst güləşçilər son 5 çəkidə mübarizə aparırlar.

Xalçaya çıxan Azərbaycan güləşçiləri adlarını yarımfinala yazdırıblar. Onlardan yalnız biri fibala yüksəlməyi bacarıb.

U-20 Avropa çempionatı
Sərbəst güləş

61 kq
Bəşir Verdiyev türkiyəli Yusuf Kulalıya (5:2) və britaniyalı Danuş Jovkara (14:4) qalib gələrək yarımfinala yüksəlib. O, bu mərhələdə rusiyalı Adlan Saytiyevlə (UWW) güləşib. 5:15 hesabı ilə uduzan Bəşir bürünc uğrunda yarışacaq.

74 kq
Omar Gülməmmədov polşalı Antoni Mayraka (13:3) və belaruslu Muslim Maxmudovu (12:2) məğlub edib. Güləşçimiz yarımfinalda italiyalı Raul Kasoyla qarşılaşıb. 5:2 hesabı ilə uduzan təmsilçimiz 3-cü yer uğrunda güləşəcək.

86 kq
Məhəmməd Abbaszadə isveçrəli Nik Şerrerə (10:0) və moldovalı Alexandru Borsa (5:2) qalib gələrək yarımfinala yüksəlib. O, finala vəsiqə uğrunda türkiyəli Ahmet Yağanla üz-üzə gəlib. Məhəmməd 0:5 hesabı ilə uduzaraq, qızıl qazanmaş şansını itirib.

92 kq
Anar Cəfərli slovakiyalı Fabio Gianettodan (13:0) və ukraynalı Yeqor Horoxdan (9:6) güclü olub. Təmsilçimiz yarımfinalda rusiyalı Artur Toqoyevlə (UWW) gücünü yoxlayıb. 0:10 hesabı ilə məğlub olan Anar bürünc medal uğrunda mübarizə aparacaq.

125 kq
Yusif Dursunov bolqarıstanlı Dian Manevə (12:1) və polşalı Mixal Dubovskiyə (11:0) qalib gələrək yarımfinala yüksəlib. Yusif yarımfinalda fransalı Levan Laqvilavayla güləşib. Pəhləvanmız 13:2 hesabı ilə qalib gələrək, finalda yarışmaq şansı qazanlb.

Qeyd edək ki, bu gün sərbəst güləşçilərimizdən Vasif Bağırovla (57 kq) Muradxan Omarov (79 kq) final görüşünə çıxacaqlar. Rəvan Musayev (97) isə bürünc medal uğrunda mübarizə aparacaq.

İdman.biz