Ruzanna Məmmədova ikinci dəfə Avropa çempionu - FOTO

Xəbərlər
4 İyul 2025 21:05
87
Ruzanna Məmmədova ikinci dəfə Avropa çempionu - FOTO

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, qadın güləşində mübarizə yekunlaşıb.

Azərbaycan yığmasının daha bir medal qazanıb. Ruzanna Məmmədova fəxri kürsüdə yer almağı bacarıb.

U20 Avropa çempionatı
Qadın güləşi

62 kq
Ruzanna Məmmədova Avropa çempionatının finalında Leonie Steygertlə qarşılaşıb. 4:3 hesabı ilə qalib gələn güləşçimiz karyerasında ikinci dəfə çempion tituluna yiyələnib.

Qeyd edək ki, qadın güləşçilərimizdən Günay Qurbanova (59 kq) finalda türkiyəli Sevim Akbaşla qalib gələrək, Avropa çempionu olub.

İdman.biz