Qadın güləşçilərindən bir gümüş, iki bürünc medal

Xəbərlər
28 İyun 2025 00:25
36
Qadın güləşçilərindən bir gümüş, iki bürünc medal

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, qadın güləşçiləri arasında həlledici görüşlər keçirilib.

Azərbaycan yığmasının 4 üzvü medallar uğrunda mübarizə aparıblar. Onlardan üçü fəxri kürsüdə yer alıb.

Qadın güləşi
39 kq

Leyla Əsgərova bürünc medal Uliana Maksimoviç (Ukrayna) uğrunda güləşib. 8:3 hesabı ilə qalib gələn güləşçimiz çempionatı 3-ci pillədə başa vurub.

42 kq
Gülnar Ağadadaşova 3-cü yer uğrunda görüşdə ukraynalı Diana Prixodko qarşılaşıb. Təmsilmçimiz "tuş"la uduzaraq, bürünc şansını qaçırıb.

54 kq
Məryəm Əmrəli bürünc medal uğrunda Zuzanna Sokolovska (Polşa) ilə münasibətlərə aydınlıq gətirib. 6:0 hesabı ilə qalib gələn təmsilçimiz bürüncə sahib çıxıb.

66 kq
Simurə Abdullayeva finalda rusiyalı Amira Mironskaya (UWW) ilə qarşılaşıb. 0:4 hesabı ilə uduzan güləşçimiz gümüş medal qazanıb.

İdman.biz