Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, qitə birinciliyinin altıncı günündə sərbəst güləşçilər son 5 çəkidə mübarizəyə qoşulublar.
Azərbaycan millisinin 3 idmançısı yarımfinalda iştirak hüququ əldə edib. Onlardan
U-17 Avropa çempionatı
Sərbəst güləş
4️5️ kq
Yarışa 1/4 finaldan start verən Ömər Usubov ukraynalı Daniil Lutsikə 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ömər yarımfinalda rusiyalı Umar Rabadanovla qarşılaşıb. 5:12 hessbı ilə uduzan Ömər bürünc uğrunda güləşəcək.
5️1️ kq
Ramal Mirhüseynov yunanıstanlı Mixail Kokologiannisə tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Axmed Naibarova 3:5 hesabıyla məğlub olub.
6️0️ kq
Həsən Həsənov makedoniyalı Mariyo Ananiyevə tam üstünlüklə (11:0), ermənistanlı Razmik Voskanyana 3:1 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Həsən yarımfinalda rusiyalı Abdulla Delekovla güləşib. 4:0 hesabı ilə üstün olan güləşçimiz finala yüksəlib.
7️1️ kq
İsa Yusibov belaruslu Artyom Bolsuna "tuş"la qalib gəlsə də, 1/4 finalda türkiyəli Ömər Gülə 4:9 hesabıyla uduzub.
9️2️ kq
Səid Paşayev slovakiyalı Patrik Urbanekə tam üstünlüklə (10:0), rumıniyalı Maqor Lorinçə isə 4:2 hesabıyla qalib gələrək yarımfinalda iştirak hüququ qazanıb. Səid finala vəsiqə uğrunda ukraynalı David Lutskovla üz-üzə gəlib. Rəqibini tam üstünlüklə məğlub edən güləşçimiz qızıl medal uğrunda yarışacaq.
Qeyd edək ki, sərbəst güləşçilərimizdən Tunar Nəsibov (6️5️ kq) təsəlliverici görüşdə gürcüstanlı Saba Tkemaladzeyə "tuş"la qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Bu gün, həmçinin Rəvan Həsənzadə (48 kq) finalda Artak Ağabekyanla (Ermənistan), Ruslan Əlizadə (55 kq) Maxaç Abdullayevlə (UWW), Hakim Tağıyev (110 kq) 3-cü yer uğrunda qarşılaşmada Qyoerqi Juhasla (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.
İdman.biz