İki güləş hakimi yüksək kateqoriya alıb

Xəbərlər
12 Noyabr 2023 19:51
294
İki güləş hakimi yüksək kateqoriya alıb

Azərbaycannin güləş hakimləri iyi növbəti uğura imza atıblar.

İdman.biz xəbər verir ki, Varşavada keçirilən "Poland Open" turnirində imtahandan uğurla keçən Zaur Şərifov I kateqoriyaya yüksəlib.

Milli dərəcəli hakim Kamran Baxışov isə U-15 Avropa çempionatında etimadı doğruldub. Macarıstanın Kaposvar şəhərində uğurlu idarəçilik edən həmyerlimiz beynəlxalq dərəcəli hakim statusu alıb və III kateqoriyaya sahib çıxıb.

İdman.biz