Güləşçilərimiz 2 beynəlxalq turnirdə 3 medal qazanıb

2 Noyabr 2023 16:04
417
Güləşçilərimiz 2 beynəlxalq turnirdə 3 medal qazanıb

Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycanın 2 idmançısı fəxri kürsüyə qalxıb.

Rəşid Babazadə (65 kq) və Şamil Zubairov (97 kq) üçüncü yeri tutub.

Qazaxıstanın Çimkənd şəhərində isə yunan-Roma güləşi üzrə beynəlxalq yarış təşkil edilib. Məhəmməd Şükürzadə (60 kq) vətənə bürünc medalla qayıdıb.

İdman.biz