Əşrəf Aşırov: “Finalda özümə çox inanırdım”

Xəbərlər
26 Oktyabr 2023 09:56
122
Əşrəf Aşırov: “Finalda özümə çox inanırdım”

“Dünya çempionatında çıxışım pis alınmadı. Hərbi xidmətdən qayıtdıqdan sonra bu mənim ilk yarışım idi”.

Bunu İdman.biz saytına Albaniyanın paytaxtı Tiranda U-23 yaşadək güləşçilərin dünya çempionatında gümüş medal qazanan Əşrəf Aşırov (79 kq) deyib.

Finalda rusiyalı Maqomed Maqomayevlə 4:9 hesabı ilə məğlub olan pəhləvan fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Sərbəst güləşçi vətənə medalla qayıdacağı üçün xoşbəxt olduğunu söyləyib: “Finala qədər Ermənistan, İspaniya, Hindistan və Qazaxıstanlı rəqiblərimə 1 xal belə vermədim. Həlledici görüşdə də özümə çox inanırdım. Amma təəssüf ki, alınmadı. Şükürlər olsun ki, vətənə medalsız qayıtmıram”.

Qeyd edək ki, başa çatan sərbəst növ yarışlarında 2 gümüş və 3 bürünc medal qazanan millimiz 87 xalla komanda hesabında dünya 3-cüsü olub.

Emin Ağa

İdman.biz