Dünya Güləş Birliyi Azərbaycan güləşçisini əsas favoritlərdən sayır

Xəbərlər
20 Oktyabr 2023 16:04
118
Dünya Güləş Birliyi Azərbaycan güləşçisini əsas favoritlərdən sayır

Dünya Güləş Birliyi (UWW) oktyabrın 23-də Tiranada (Albaniya) start götürəcək U-23 dünya çempionatı haqqında növbəti yazı hazırlayıb.

İdman.biz xəbər verir ki, UWW yunan-Roma güləşində diqqəti əsas favoritlərə yönəldib.

Siyahıda Azərbaycan güləşçisi yer alıb. 60 kq-da xalçaya çıxacaq Nihat Quluzadənin növbəti uğura imza atacağı proqnozlaşdırılıb və pəhləvanımızın ötən il 55 kq çəki dərəcəsində gümüş medal qazandığı vurğulanıb. Ona əsas rəqiblər kimi Ənvər Allahyarov (BƏƏ), Melkamu Fetene (İsrail) və Suren Aqacanyan (Ermənistan) göstərilib.

Qeyd edək ki, U-23 dünya çempionatında ölkəmiz 26 güləşçi ilə təmsil olunacaq. Yarışa oktyabrın 29-da yekun vurulacaq.

Emin Ağa

İdman.biz