İbrahim Yusubov dünya çempionu titulunu qoruyub, Azərbaycan 2-ci olub - VİDEO

Xəbərlər
15 Oktyabr 2023 22:33
190
İbrahim Yusubov dünya çempionu titulunu qoruyub, Azərbaycan 2-ci olub - VİDEO

Türkiyədə çimərlik güləşi üzrə mövsümə yekun vurulub.

İdman.biz xəbər verir ki, Muğla bölgəsinin Sarıgerme qəsəbəsində keçirilən Dünya Seriyasının Final mərhələsində İbrahim Yusubov (90 kq) gümüş medal qazanıb.

Ramiz Həsənovla (70 kq) Oyan Nəzəriani (+90 kq) isə 4-cü yeri tutub.

Seriyanın 5 mərhələsinin yekununa əsasən, 90 kq-da hamıdan çox xal toplayan Yusubov titulunu qoruyub və ardıcıl 2-ci dəfə dünya çempionu olub.

Öncəki dünya çempionatlarında qızıl və gümüş medal qazanmış Nəzəriani (+90 kq) medal kolleksiyasını tamamlayıb və bu dəfə bürünc medala sahib çıxıb. Ramiz Həsənov (70 kq) isə yekunda 4-cü yeri tutub.

Qeyd edək ki, çimərlik güləşi üzrə millinin baş məşqçisi kimi də fəaliyyət göstərən Oyan Nəzəriani bu yarışda idmançı karyerasını başa vurub.

İdman.biz