Azərbaycanı dünya çempionatında 26 güləşçi təmsil edəcək - HEYƏT

Xəbərlər
10 Oktyabr 2023 16:19
183
Azərbaycanı dünya çempionatında 26 güləşçi təmsil edəcək - HEYƏT

Dünya Güləş Birliyinin (UWW) oktyabrın 23-29-da Tiranada keçiriləcək 23 yaşadək güləşçilər arasında dünya çempionatının iştirakçılarını açıqlayıb.

İdman.biz xəbər verir ki, mundialda 58 ölkədən ümumilikdə 587 idmançı iştirak edəcək.

Azərbaycan millisinin heyətində isə 26 güləşçi yer alacaq.

Sərbəst güləş yığmamızda Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Zirəddin Bayramov (65 kq), Kənan Qeybətov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Arseni Cioyev (86 kq), Abdulcəlil Şabanov (92 kq), İslam İlyasov (97 kq) və Vaxit Qalayev (125 kq) yer alıb.

Məşqçilər korpusu yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Həsən Məmmədli (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (79 kq), Elcan Məmmədov (82 kq), Məhəmməd Əhmədiyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədova (130 kq) şans verəcəklər.

Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyyə Sadıqovadan (72 kq) ibarət qadın güləş komandası da Tiranaya yollanacaq.

Zəki Feyzullayev

İdman.biz