Güləşçilərimiz 2 beynəlxalq turnirlərdə 4 medal qazanıb

Xəbərlər
9 Oktyabr 2023 10:40
242
Güləşçilərimiz 2 beynəlxalq turnirlərdə 4 medal qazanıb

Gürcüstanın Qori şəhərində sərbəst güləş üzrə gənclər arasında “Şxireli kuboku” turniri keçirilib.

İdman.biz xəbər verir ki, yarışda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 4 güləşçi təmsil edib.

Vasif Xudiyev (79 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yusif Dursunov (125 kq) ikinci, Sadiq Mustafazadə (86 kq) isə üçüncü yeri tutub. Dairəvi sistem üzrə baş tutan mübarizədə medalın bir addımlığında dayanan Ramik Heybətov (70 kq) dördüncü pillədə qərarlaşıb.

Bu turnirdə beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.

Rusiyanın Botlix rayonunda isə Yusup Abdusalomovun şərəfinə beynəlxalq turnir təşkil edilib. Millimizin üzvü Qadjimurad Maqomedsaidov (97 kq) gümüş medal qazanıb.

İdman.biz