İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-17 dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, mundialda bu gün sərbəst güləş üzrə son 5 çəki dərəcəsində mübarizəyə start verilib.
Yarışa qoşulan Azərbaycan millisinin idmançılarından ikisi yarımfinala vəsiqə əldə edib.
U-17 dünya çempionatı
Sərbəst güləş
4️5️ kq
Rəvan Həsənzadə 1/16 finalda gürcüstanlı Levan Nozadzeyə "tuş"la qalib gəlib. O, daha sonra monqolustanlı Oçirxu Badarxa 6:3 hesabıyla məğlub edib. Həsənzadə Kiril Nikitsikə (AİN) də tam üstünlüklə (12:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Rəvan yarımfinalda iranlı Amirabbas Ramezanibazarmahalleh ilə güləşib. Rəqib 4:2 hesabı ilə qalib gəlib.
5️1️kq
Muhəmməd İsmayılov iranlı Sam Arşadğasabsarayiyə 5:4 hesabıyla qalib gəlsə də, 1/4 finalda qırğızıstanlı Marlen Abdraimova sonuncu xal prinsipinə əsasən (4:4) məğlub olub.
6️0️ kq
Hüseyn İsmayılov britaniyalı Danuş Jovkara (4:1), daha sonra iranlı Fərhad Xateriyə 3:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Hüseyn finala gedən yolda ermənistanlı Hayk Avanesyanla güləşib və 4:2 hesabı ilə üstün olub. O, finala vəsiqə qazanıb.
7️1️ kq
Nihad Abasov 1/8 finalda amerikalı Melvin Millerə (0:11) məğlub olub.
9️2️ kq
Fərhad Süleymanlı təsnifat mərhələsində amerikalı Con Diakomihalisə uduzub - 3:7.
Qeyd edək ki, bu çəki dərəcəsində medal görüşləri sabah olacaq.
İdman.biz