İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, mundialın üçüncü günündə qız güləşçilər mübarizəyə qoşulub.
Xalçaya çıxan Azərbaycan millisinin idmançılarından biri yarımfinala yüksəlib.
U-17 dünya çempionatı
Qadın güləşi
49 kq
Esra Məmmədli qırğızıstanlı Feruza Akmatbekova (8:1) və macarıstanlı Sonya Nemetə (4:0) qalib gələrək yarımfinala yüksəlib. O, finala gedən yolda yaponiyalı Utaha Yui ilə qarşılaşıb. 0:9 hesabı ilə uduzan Esra bürünc uğrunda yarışacaq.
57 kq
Fidan Babayeva 1/8 finalda belaruslu Palina Brahinetsə (AİN) 0:2 hesabıyla məğlub olub.
Qeyd edək ki, millimiz mundiala 6 qız güləşçi ilə yollanıb.
İdman.biz