Kəmər güləşi üzrə Avropa çempionatı Bakıda

Xəbərlər
29 Sentyabr 2023 20:29
219
Kəmər güləşi üzrə Avropa çempionatı Bakıda

Bakıda oktyabr 1-4-də kəmər güləşi üzrə 3-cü Avropa çempionatı keçiriləcək.

İdman.biz saytı xəbər verir ki, turnirdə 20-yə yaxın ölkənin idmançıları iştirak edəcək.

Atletlər sərbəst və klassik üslublarda bütün çəki kateqoriyaları üzrə mübarizə aparacaqlar.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Beynəlxalq Kəmər Güləşi Federasiyası, Azərbaycan Milli İdman Növləri Assosiasiyası (AMİNA) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilən çempionat Milli Gimnastika Arenasında baş tutacaq.

İdman.biz