“Hazırda Göygöldə təlim-məşq toplanışı keçirik”.
İdman.biz xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Tarakanov deyib.
O, Paris-2024 Yay Olimpiya Oyunları öncəsi Göygöldə təşkil olunan təlim-məşq toplanışını dəyərləndirib. Təcrübəli mütəxəssis federasiyanın mətbuat xidmətinə bildirib ki, bu, Olimpiadaya hazırlıq mərhələlərindən biridir: “Buna görə də bu məşqlərə ümumi fiziki və əlavə olaraq döşək üzərindəki hazırlıq daxildir. Növbəti təlim-məşq toplanışı Vladiqafqazda təxminən eyni səviyyədə baş tutacaq. Digər ölkələrdən olan 6 komanda da burada iştirak edəcək. Artıq daha çox döşək məşqləri və güləşçi üçün lazım olan əsas məşqlər olacaq. Əlbəttə ki, biz bura müəyyən fiziki hazırlığı da daxil edəcəyik. Amma əsasən döşək məşqləri olacaq. Demək olar ki, bütün lisenziyaçılar Rusiya yığmasının bazasında iştirak edəcək. Buna görə də hər şey plan üzrə gedir”.
Onun sözlərinə görə, güləşçilər yaxşı formadadırlar: “Yüksək əhval-ruhiyyə ilə məşq edirlər. Burada şərait əladır. Altı döşək var. Heç kim heç kimi zədələmir, rahat məşq gedir. Qidalanma əladır. Buna görə də şikayət ediləcək bir şey yoxdur. Təbii ki, hazırda ən vacib məsələ bu hazırlıq və onun zədəsiz keçməsidir. Qalan hər şey əladır. Buna görə də ümid edirəm ki, hər şey həmişəki kimi necə lazımdır elə də olacaq. Biz çalışırıq, uşaqlar da yüksək nəticə göstərmək üçün çalışır. Hamımız yaxşı nəticəyə köklənmişik. Buna görə də federasiya rəhbərliyinə çox təşəkkür edirik. Bizim hazırlaşmağımız və yüksək nəticə göstərməyimiz üçün lazım olan bütün şəraiti yaradıblar. Bütün bunlara görə uşaqlardan yaxşı nəticə gözləyirik”.
İdman.biz